Bank Of Baku

Azərbaycanda «Muğam sənətinin inkişafı haqqında» qanun layihəsi hazırlanır

Azərbaycanda «Muğam sənətinin inkişafı haqqında» qanun layihəsi hazırlanır
# 20 aprel 2011 11:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanda «Muğam sənətinin inkişafı haqqında» qanun layihəsi hazırlanır. Bu barədə APA-ya Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib.

N. Cəfərovun sözlərinə görə, hazırda qanun layihəsi üzərində Milli Məclisdə iş aparılır. Layihə deputat Rafael Hüseynov tərəfindən hazırlanır və bu il ərzində müzakirəyə çıxarılması planlaşdırılır.

Komitə sədrinin sözlərinə görə, qanunda muğam sənətinin inkişafı, qorunması və himayəsi ilə bağlı məsələlər əksini tapacaq.

N. Cəfərov eyni zamanda «Mədəniyyət haqqında» mövcud qanunun yenidən işlənildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR