Bank Of Baku

Milli Demokrat (Bozqurd) Partiyası bəyanat yayıb

Milli Demokrat (Bozqurd) Partiyası bəyanat yayıb
# 20 aprel 2011 12:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AMDP) bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda deyilir ki, son vaxtlar bəzi mətbuat orqanlarında və siyasi çevrələrdə AMDP ətrafında müxtəlif qərəzli şayiələr yayılır: “Kənar şəxslər və qruplar, o cümlədən Nizamnaməni kobud surətdə pozduğuna görə partiya sıralarından xaric olunmuş Nurəddin İsmayılov tərəfindən məkrli surətdə partiya adından verilən bəyanatların, məlumatların partiyaya heç bir aidiyyatı yoxdur. AMDP KİV rəhbərlərinin nəzərinə çatdırır ki, partiyanın siyasi mövqeyi yalnız partiyanın legitim rəhbərliyi tərəfindən açıqlana bilər”.

Bəyanatda AMDP-nin İctimai Palatada təmsil olunmadığı və bundan sonra da olunmayacağı bildirilib: “AMDP millətçi partiya olaraq imperialist qüvvələr və onların Azərbaycanda sifarişini həyata keçirən, xalqın sosial problemlərindən öz şəxsi mənafeyi üçün istifadə edən siyasi oyunbazlarla heç vaxt eyni səfdə addımlamayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR