Bank Of Baku

Ziyad Səmədzadə aprelin 21-də Belarusa səfər edəcək

Ziyad Səmədzadə aprelin 21-də Belarusa səfər edəcək
# 20 aprel 2011 14:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə aprelin 21-də Belarusa səfər edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Səfər parlamentlərarası dostluq qruplarının gələcək fəaliyyəti ilə bağlı tədbirlərin hazırlanması məqsədi daşıyır. Səfər aprelin 25-də başa çatacaq.

Qeyd edək ki, Z. Səmədzadə Milli Məclisdə Azərbaycan-Belarus parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupunun rəhbəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR