Bank Of Baku

Prezident İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə tanış olub

Prezident İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə tanış olub
# 20 aprel 2011 16:37 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olub. APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, dövlət başçısı bu gün Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə yaxından tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov xüsusi sxem əsasında Səbail rayonunda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, rayonun ərazisindəki parklar və dairələr əsaslı təmir edilib, mədəniyyət evi, uşaq bağçası, 15 saylı poliklinika, 236 saylı məktəb yenidən qurulub, qəsəbədə xeyir-şər evi istifadəyə verilib, elektrik şəbəkəsinin yeni binası inşa edilib. 21.600 nəfər sakini olan Badamdar qəsəbəsində məhəllədaxili yolların təmirinə başlanıb. İndiyə qədər 18 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib, 12 min kvadratmetr yol sahəsində isə hazırlıq işləri başa çatdırılıb.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb. Sakinlər Badamdar qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq tədbirlərinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Sakinlər qəsəbədə yeni məktəb binasına və uşaq bağçasının tikintisinə, qaz, su, kanalizasiya ilə bağlı bəzi işlərin görülməsinə ehtiyac olduğunu deyiblər. Sakinlərin təkliflərini dinləyən Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR