Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müxalifətin aksiyasında 5 yaşlı uşağın iştirakına münasibət bildirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri müxalifətin aksiyasında 5 yaşlı uşağın iştirakına münasibət bildirib
# 21 aprel 2011 09:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Komitə sədri deyib ki, bununla bağlı onlar tərəfindən operativ araşdırma aparılıb: “Həmin aksiya zamanı anası ilə birlikdə 5 yaşlı uşağın polis tərəfindən zorla tutulması haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıldı. Hadisənin araşdırılması məqsədi ilə Daxili İşlər Nazirliyi və aidiyyəti polis idarəsi ilə əməkdaşlarımız əlaqə saxlayıb. Məlum olub ki, razılaşdırılmamış aksiya zamanı qadın və həmin azyaşlı uşağın təhlükəsizliyinin təmin edilməsi üçün onlar ərazidən uzaqlaşdırılıblar. Yəni onların polis idarəsinə aparılıb saxlanılması haqda informasiyalar düzgün deyil”.

Bu hadisənin baş verməsində həmin azyaşlı uşağın anasını məsuliyyətsizlikdə ittiham edən H. Hüseynova qeyd edib ki, Avropa ölkələrinin əksəriyyətində valideynin məsuliyyətinin artırılması üçün cəza tədbirləri görülür. Hələ ki, Azərbaycan belə hallarla bağlı valideynlər cəzalandırılmır. O, bu hadisənin siyasiləşdirilməsində şübhəli məqamların olduğunu da istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR