Bank Of Baku

Rəbiyyət Aslanova: “Avropanın nüfuzlu təşkilatlarının Azərbaycan haqqında gerçəkliyə uyğun olmayan münasibəti çox təəssüfedicidir”

Rəbiyyət Aslanova: “Avropanın nüfuzlu təşkilatlarının Azərbaycan haqqında gerçəkliyə uyğun olmayan münasibəti çox təəssüfedicidir”
# 21 aprel 2011 11:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın saytına açıqlamasında Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Avropa İttifaqının rəsmi şəxslərinin Azərbaycanda ifadə azadlığının və sərbəst toplaşmaq hüququnun məhdudlaşması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

R. Aslanova qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması, ifadə və söz azadlığının təmin olunması məsələsində heç bir problem yoxdur. Onun sözlərinə görə, bu hüquqlar müvafiq qanunvericilikdə əksini tapıb: “Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bu məsələlərlə bağlı milli qanunvericiliyi Avropa standartlarına uyğundur. Həmin sənədlər Avropa Şurasının Venesiya Komissiyasının ekspertizadan keçərək müsbət rəy alıb. Bu baxımdan, ölkəmizdə ifadə, söz azadlığı və sərbəst toplaşmaq hüququ ilə bağlı qanunlar beynəlxalq konvensiyaların müddəaları ilə tam səsləşir. Ona görə də, əminliklə demək olar ki, Azərbaycanda söz, ifadə azadlığının təmin olunması üçün bütün şərait və şərtlər var”.

Komitə sədri bildirib ki, bəzi beynəlxalq təşkilatlar isə ölkəmizdə olan mövcud durumu düzgün qiymətləndirmirlər. “Həmin təşkilatlar Azərbaycanda həyata keçirilən demokratik islahatların mahiyyətini düzgün qiymətləndirməyərək ölkəmizdə problemlərin olduğunu iddia edirlər. Əlbəttə ki, bunların heç biri gerçəkliyə uyğun deyil. Bu baxımdan, Avropanın nüfuzlu qurumlarının bu cür münasibət bildirmələri çox təəssüfedicidir” - deyə, R. Aslanova qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR