Bank Of Baku

Müsavat Partiyası Qadınlar Təşkilatının təşəbbüsü ilə ictimai forum keçirilib

Müsavat Partiyası Qadınlar Təşkilatının təşəbbüsü ilə ictimai forum keçirilib
# 21 aprel 2011 14:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında partiyanın Qadınlar Təşkilatının təşəbbüsü ilə “Gözəl Bayramlının həbsi və digər qadınlara qarşı polis zorakılığı əleyhinə ictimai forum” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, təbirdə Müsavat Partiyası, AXCP, İctimai Palatanın nümayəndələri, QHT təmsilçiləri iştirak edib.

Çıxış edən Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü deyib ki, onlar aprelin 17-də Azərbaycan Konstitusiyasına əsaslanaraq dinc aksiya keçirmək istəsələr də, polis buna imkan verməyib. O, aprelin 17-də 10-a yaxın qadının polis tərəfindən saxlanıldığını bildirib. Həmin qadınlardan birinə – AXCP sədrinin müavini Gözəl Bayramlıya isə 5 sutka inzibati qaydada həbs kəsilib.

Çıxış edən İctimai Palatanın üzvü Yeganə Əmiraslanova da mitinqə müdaxiləni və qadınların saxlanılmasını pisləyib.

Tədbirdə AXCP-nin Yevlax rayon təşkilatının sədri Şəkər İsgəndərli, Müsavat Partiyasının Xankəndi təşkilatının sədri Yeganə Hüseynova və başqaları çıxış edib.

Qeyd edək ki, 5 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmiş G. Bayramlı sabah – aprelin 22-də sərbəst buraxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR