Bank Of Baku

Hüquq müdafiəçisi Vidadi İsgəndərli azadlığa buraxılmasını və 100 min manat təzminat ödənməsini tələb edir

Hüquq müdafiəçisi Vidadi İsgəndərli azadlığa buraxılmasını və 100 min manat təzminat ödənməsini tələb edir
# 21 aprel 2011 15:12 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Aprelin 17-də polis tərəfindən saxlanılmış, sonra isə inzibati qaydada azadlıqdan məhrum edilmiş hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib. Bunu APA-ya onun vəkili Akif Əlizadə deyib.

Apellyasiya şikayətində V. İsgəndərli azadlığa çıxması ilə yanaşı, 100 min manat təzminat da tələb edib. O, ərizəsində aprelin 17-də keçirilmiş aksiyanın nə təşkilatçısı, nə də iştirakçısı olmadığını, polislərin onu hələ mitinqdən əvvəl saxladıqlarını bildirib.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə V. İsgəndərli 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR