Bank Of Baku

Bayram Səfərov: “İşğal altındakı ərazilərə “xalq diplomatiyası” çərçivəsində Azərbaycan ictimaiyyət nümayəndələrinin növbəti səfərinin vaxtı bəlli deyil”

Bayram Səfərov: “İşğal altındakı ərazilərə “xalq diplomatiyası” çərçivəsində Azərbaycan ictimaiyyət nümayəndələrinin növbəti səfərinin vaxtı bəlli deyil”
# 21 aprel 2011 16:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə «Dağlıq Qarabağın azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B. Səfərov bildirib ki, bunun üçün icazələr alınmalı, hazırlıq işləri həyata keçirilməlidir: “Hələ ki, bu istiqamətdə işlər aparılmır”.

B. Səfərov ermənilərin Xankəndi aeroportunu açılışını yay aylarına saxlamasına da münasibət bildirib. İcma sədrinin sözlərinə görə, bu aeroport Azərbaycanın mülkiyyətidir və rəsmi Bakının icazəsi olmadan ora uçuşların həyata keçirilməsi beynəlxalq hüquqa ziddir: «Ermənilər ora yay aylarında turist gətirmək istəyirlər. Bu boş-boş söhbətlərdir. Orada adam varmı ki, turist gəlsin? Turistlər sakit yerlərə gedirlər, müharibə bölgəsinə yox...»
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR