Bank Of Baku

AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa buraxılıb

AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa buraxılıb
# 22 aprel 2011 13:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. 5 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmiş AXCP sədrinin müavini Gözəl Bayramlı azadlığa buraxılıb. Bu barədə APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

G. Bayramlını Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasının qarşısında AXCP üzvləri və digər şəxslər qarşılayıblar.

Qeyd edək ki, G. Bayramlı İctimai Palatanın aprelin 17-də keçirmək istədiyi razılaşdırılmamış aksiya zamanı polis tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə o, 5 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR