Bank Of Baku

Müasir Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

Müasir Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək
# 22 aprel 2011 14:01 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müasir Müsavat Partiyası (MMP) Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verəcək. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu haqda qərar MMP İdarə Heyətinin genişləndirilmiş toplantısında qəbul olunub.

İclasda şəhər rəhbərliyinin partiyanın məktubuna heç bir cavab verməməsi fikir ayrılığına səbəb olub. Mitinq Komitəsi icazəsiz aksiya keçirməyə qərarlı olsa da, İdarə Heyəti ölkədə mövcud olan gərginliyi daha da artırmamaq üçün bu aksiyanın təxirə salınmasını məsləhət görüb. İdarə Heyətinin bu təklifi qəbul edilsə də, şəhər rəhbərliyinin aksiyanın keçirilməsinə icazə verməməsi vətəndaşların konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilib. Partiya bununla bağlı məhkəməyə müraciət etməyi qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR