Zərdabda “Gorus-2010: absurd teatrı mövsümü” kitabının müzakirəsi keçirilib
Bu kitab Zərdab rayonu ictimaiyyəti tərəfindən də dərin maraqla qarşılanıb. Bu gün Zərdab rayon icra hakimiyyətində “Gorus-2010: absurd teatrı mövsümü” kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir” mövzusunda dəyirmi masa keçirilib.
Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, gənclərin, qadınların, məcburi köçkünlərin iştirak etdiyi dəyirmi masada rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının elmi məziyyətləri barədə geniş çıxış edib. Lütvəli Babayev çıxışında qeyd edib ki, Ramiz Mehdiyevin yeni elmi kitabı Ermənistan prezidenti Sərkisyanın və onun havadarlarının, bütün erməni şovinistlərinin riyakarlığına, tarixi saxtalaşdırmaq cəhdlərinə çox sanballı, arxiv materiallarına, elmi əsərlərə əsaslandırılmış tutarlı cavabdır: “Kitabın qiyməti və əhəmiyyəti həm də ondadır ki, müəllif əsərdə erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa edib, Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını diqqətə çatdırıb”.
Kitab haqqında öz fikirlərini bildirən yığıncaq iştirakçıları vurğulayıblar ki, kitabda bədnam qonşularımız tərəfindən bizim doğma torpaqlarımızın, təbii sərvət və mədəni irsimizin işğal edilməsi və özününküləşdirilməsi tam çılpaqlığı ilə ifşa olunub. Erməni tapdağı altında olan müqəddəs torpaqlarımızda nəinki milli, hətta bəşər mədəniyyəti üçün misilsiz əhəmiyyət kəsb edən yüzlərlə arxeoloji, tarixi, memarlıq abidələri, rəsm əsərləri məhv edilmişdir. Erməni prezidenti Gorusda təşkil etdiyi teatrda utanmadan, dünya elmi ictimaiyyətinin ümumi fikrini nəzərə almadan bəyan edir ki, erməni dilinin ən azı 8 min illik tarixi var. Halbuki bu günə qədər dünyanın bütün alimləri yekdil razılığa gəliblər ki, dünyanın ən qədim sivilizasiyası şumerlərin tarixi 7 min il əvvəllərə təsadüf edir.
Müzakirələrdə çıxış edənlər Ramiz Mehdiyevin belə bir fikrini xüsusi vurğulayıblar ki, Sərkisyanın ermənilərin hamıdan ali, hamıdan üstün olduğunu sübut etmək cəhdi faşizm əlamətidir. Əslində bu fikir həyatda əz əksini tapıb. Çünki Sərkisyan Xocalıda sözün həqiqi mənasında faşistlik edib. Ermənilər öz məzmunsuz “mübarizələrinə” bir ad tapa bilmir, qonşu dövlətin ərazisinin işğalına haqq qazandırmaq üçün “xalqların öz müqəddəratını təyin etmək hüququ” olduğunu bayraq ediblər.
Sonda çıxışçılar bu kitabın hər birimizin stolüstü kitabı olması, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ən çox öyrənilən və maraq dairəsində olması fikrini ifadə ediblər.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Bakıda maşın piyadaya yol verən avtomobilə çırpılıb, yanğın baş verib
"PAŞA Sığorta" əmlak sığortası üzrə 1.000.000 manata yaxın ödəniş edib
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
Şoyqu Ermənistanı Rusiyanın milyardlarla sərmayə yatırdığı müəssisələri ələ keçirməkdə ittiham edib
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
Qafqaz Albaniyasının xristian irsi: Tarixi mənbələr və Azərbaycanın mədəni yaddaşı - RƏY
Rusiya və Ukrayna arasında 275 hərbçinin meyiti dəyişdirilib
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
Kobaxidze Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb
Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
İran İsveç diplomatını ölkədən çıxarır
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
İranda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub, ölənlər var
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir
Prezident: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
Erməni nazir: Azərbaycandan idxal benzinin qiymətinin daha yüksək səviyyəyə çatmasının qarşısını alıb
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Paşinyan: Rusiya hərbi bazası Ermənistana lazım deyil, istəyirlər, sabah çıxarsınlar
Rusiya Qara dənizdə xarici gəmiyə dron zərbəsi endirib: kapitan ölüb, yaralılar var
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
Ermənistanda zəlzələ olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib - FOTO - YENİLƏNİB
Paşinyan rus dili kursuna gedir
Kobaxidze: Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
Sabahın hava proqnozu açıqlanıb
Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Azərbaycanda məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
DİN-ə yeni vəzifə həvalə olunub
Zelenski: Ukrayna ordusu Rostovda hərbi aerodromda 3 təyyarə və 3 helikopteri məhv edib
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO
Bakıda günəş elektrik stansiyası və Batareya Enerji Saxlanc Sistemi tikiniləcək
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
“Bank of Baku” subordinasiya borc öhdəlikləri üzrə istiqraz buraxa bilər
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb
Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək
“Dövlət satınalmaları haqqında” qanunun şamil edilməyəcəyi malların əhatə dairəsi genişlənir
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb