Bank Of Baku

AXCP sədrinin müavini: “Növbəti aksiyanın mayın ortalarından gec olmamaq şərtilə keçirilməsi barədə qərar verilməlidir”

AXCP sədrinin müavini: “Növbəti aksiyanın mayın ortalarından gec olmamaq şərtilə keçirilməsi barədə qərar verilməlidir”
# 25 aprel 2011 10:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Azərbaycanda ictimai-siyasi proseslər sürətlə inkişaf etməkdədir. İctimai Palata olaraq nəzərdə tutduğumuz plan üzrə hər şey davam edəcək. Palatanın kütləvi aksiyaların davam etdirilməsi ilə bağlı qərarı var. Hazırda bu məsələ palataya daxil olan partiyalarda müzakirə olunur. Vaxt və taktika ilə bağlı məsələlər öz həllini tapdıqda aksiyanın tarixi açıqlanacaq”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) üzvü, AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. O, hazırda İP-də təşkilatlanma işlərinin getdiyini xatırladaraq bildirib ki, bütün işlər nəzərdə tutulan plana əsasən həyata keçirilir: “Növbəti aksiyanın may ayının ortalarından gec olmamaq şərtilə keçirilməsi barədə qərar verilməlidir. Yəqin ki, belə də olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR