Bank Of Baku

Vəkili Arif Hacılı ilə görüşüb

Vəkili Arif Hacılı ilə görüşüb
# 25 aprel 2011 12:31 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün vəkil Nemət Kərimli Bakı İstintaq Təcridxanasında saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə görüşüb. Bu barədə APA-ya vəkil özü məlumat verib. Vəkil bildirib ki, A. Hacılının saxlanma şəraitindən və ona qarşı münasibətdən narazılığı yoxdur: “Onun səhhəti normaldır. Qəzetləri də ala bilir”.

N. Kərimli A. Hacılı barədə hələ ki, istintaq hərəkətlərinin başlanmadığını da deyib.

Qeyd edək ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində aksiya keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsi A. Hacılın barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR