Bank Of Baku

Müsavat Partiyası aksiyalarla bağlı təkliflərini İctimai Palatanın müzakirəsinə təqdim etməyi qərara alıb

Müsavat Partiyası aksiyalarla bağlı təkliflərini İctimai Palatanın müzakirəsinə təqdim etməyi qərara alıb
# 25 aprel 2011 13:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə qərarların icrası və görülən işlərə baxılıb.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə İctimai Palatanın mitinqində iştirak etmiş müxalifət nümayəndələrinin polis tərəfindən saxlanılması müzakirə edilib. Divan inzibati həbs qaydasında 7 sutka cəza almış Rüfət Hacıbəyliyə qarşı cinayət işinin açılmasını qınayıb.
25 aprel 2011-ci il tarixində müsavatçı Dünyaxanım Cərullanın Səbail rayon Polis İdarəsinə aparılması faktı da müzakirə edilib.
Kütləvi aksiyaların davam etdirilməsi məsələsi ciddi müzakirə olunub və bir sıra təkliflər səsləndirilib. Qərara alınıb ki, bu təkliflər İctimai Palatada müzakirəyə təqdim edilsin.
Ərəb dünyasında gedən inqilabi proseslər də müzakirə olunub.
“Müsavat-100” tədbirlər çərçivəsində 1920-ci ilin 28 aprel işğalı ilə bağlı əvvəlcədən planlaşdırılmış tədbir haqqında fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, həmin tədbir aprelin 28-də saat 15:00-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilsin.
Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR