Bank Of Baku

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 25 aprel 2011 13:34 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr və partiyanın cari fəaliyyətinə dair bəzi məsələlər əsas müzakirə obyekti olub.

ABŞ rəsmisi T. Kaydanaunun Azərbaycana səfəri, ABŞ və Azərbaycan arasında birgə keçirilməsi nəzərdə tutulan hərbi təlimlərin təxirə salınması və digər məsələlər müzakirə olunub.

Həmçinin, ermənilərin ənənəvi olaraq hər ilin aprel ayında qondarma “erməni genosidi” məsələsini gündəmə gətirməsinə aydınlıq gətirən partiya yetkililəri beynəlxalq ictimaiyyəti ermənilərin özünün başına bəlaya çevrilən, bölgədə onu nüfuzdan salan və regional iqtisadi layihələrdə onu kənarda saxlamağa məcbur edən qondarma genosid məsələsində həssas olmağa və təmsil olunduqları dövlətləri xalqlar arasında nifaq yarada biləcək addımlar atmaqdan geri durdurmağa çağırıb.

İdarə Heyətinin üzvləri Liviya, Suriya və digər ərəb ölkələrində səngimək bilməyən hadisələri də ətraflı müzakirə edib.

İclasda, həmçinin, partiyanın təşkilati məsələlər üzrə sədr müavini Rəşid Mansurovun və təşkilat şöbəsinin əməkdaşı Daşqın Nuriyevin Muğan bölgəsinə səfərinin nəticələri haqqında məlumatı dinlənilib və rayon təşkilatları ilə görüşlərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR