Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifət liderlərinin çoxunda anti-demokratik əhval-ruhiyyə var”

Sərdar Cəlaloğlu: “Müxalifət liderlərinin çoxunda anti-demokratik əhval-ruhiyyə var”
# 25 aprel 2011 13:47 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu bildirib ki, “Qarabağ” bloku olaraq bu mövqedən çəkinmək niyyətləri yoxdur: “Azərbaycanda 5-10 nəfər tutulan kimi aksiyalara adam gəlmir. Belə bir vəziyyətdə mitinq taktikası uğurlu deyil. Uğurlu olmadığına görə, atdığımız addımlar əks effekt verir”.

S. Cəlaloğlu cəmiyyətdə birlik ideyasının zəif olduğunu da qeyd edib: “Təbii ki, müxalifət də Azərbaycan cəmiyyətinin bir hissəsi kimi xalqın xarakterini özündə əks etdirir. Bu baxımdan müxalifət liderləri də bu cəmiyyətə uyğunlaşıblar. Yəni bu anti-demokratik cəmiyyətə uyğunlaşan müxalifət liderlərinin çoxunda anti-demokratik əhval-ruhiyyə var. Özü demokrat olmayanın demokratik prinsiplərə riayət etməsi mümkün deyil. Hər şey liderlərdən başlanmalıdır”.

S. Cəlaloğlu onu da qeyd edib ki, ALP lideri Lalə Şövkətin Müxalifətin Məsləhətləşmə Mərkəzinin yaradılması təklifi öz aktuallığını saxlayır: “Bunu bağlanmış məsələ kimi qəbul etmək düzgün deyil. Hesab edirəm ki, bu məsələyə yenə qayıdılmalıdır. Lakin bu ideyanın tətbiq olunması real deyil. Azərbaycanda ilk dəfə siyasi partiyaların birliyini ADP Naxçıvanda olanda atıb. Ona görə də ADP üçün birlik məsələsi bizim üçün prioritet məsələdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR