Bank Of Baku

Mübariz Qurbanlı: “Dağlıq Qarabağ münaqişəsinin uzanması təhlükəli vəziyyət yaradır”

Mübariz Qurbanlı: “Dağlıq Qarabağ münaqişəsinin uzanması təhlükəli vəziyyət yaradır”
# 25 aprel 2011 15:28 (UTC +04:00)
Bakı – APA. “Son dövrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində intensivliyin artmasını müşahidə etməkdəyik. Bu da təsadüfi deyil. Bütün bunların əsasında Azərbaycan prezidenti İlham Əliyevin çevik və hücumçu xarakter daşıyan siyasəti dayanır”. APA-nın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M. Qurbanlı bildirib ki, münaqişənin uzanması təhlükəli vəziyyət yaradır. Onun fikrincə, həmsədrlərin bölgəyə intensiv səfərləri, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü mövcud status-kvonun aradan qaldırılması istiqamətində atılmış addımlar hesab oluna bilər: “Bölgədə sülhün pozulması, müharibənin başlaması ATƏT-in söykəndiyi təməl prinsiplərinə ziddir, bütövlükdə, beynəlxalq aləmdə mövcud olan sülh və təhlükəsizliyin yaradılması istiqamətində atılan addımlara uyğun deyil. Ona görə də, beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə son qoyulması istiqamətində ciddi addımlar atmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR