Bank Of Baku

KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 25 aprel 2011 15:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Yığıncaqda İdarə Heyətinin üzvü Ədalət Yusubovun İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyası ilə bağlı Bakı Baş Polis İdarəsində dindirilməsi haqda məlumatı dinlənilib. KXCP hakimiyyətdən Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını qorumasını və həbs olunanların azadlığa buraxılmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR