Bank Of Baku

Qüdrət Həsənquliyev: ““Azadlıq” meydanı müxtəlif aksiyaların keçirilməsi üçün Azərbaycan vətəndaşlarının ixtiyarına verilməlidir”

Qüdrət Həsənquliyev: ““Azadlıq” meydanı müxtəlif aksiyaların keçirilməsi üçün Azərbaycan vətəndaşlarının ixtiyarına verilməlidir”
# 26 aprel 2011 12:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib.

Millət vəkili deyib ki, əgər dövlət tədbirləri keçirilmirsə, vətəndaşların orada toplaşmasına icazə verilməlidir: “Bu gün «Azadlıq» meydanından avtodayanacaq kimi istifadə olunur. Necə ola bilər, bu meydan avtomobil parkı kimi yarayır, insanların toplaşması üçün yaramır?”

Millət vəkili hesab edir ki, mitinqlərin keçirilməsinə adi baxmaq lazımdır, onu hadisəyə çevirməyə ehtiyac yoxdur.

İctimai Palatanın təşkil etdiyi aksiyalara münasibət bildirən Q. Həsənquliyev bu qurumun aksiya təşkil etmək hüququnun olduğunu deyib: “Amma milli mənafelər əsas götürülərək müəyyən hüquqlardan imtina olunmalıdır. İndiki mərhələdə hökumətin mitinqlərə reaksiyasının bu cür olmasının kökündə İctimai Palatanın bunu ərəb coğrafiyasındakı inqlablarla əlaqələndirməsi dayanır. Bu da öz növbəsində qıcıq doğurur. Bizdə ərəb inqlablarının həyata keçirilməsi mümkün deyil. Bu gün bəziləri camaatı mitinqə çağırır, özləri isə nələrisə əsas gətirərək aksiyalara çıxmaqdan imtina edirlər. Bu hansı mənəvi dəyərlərə sığır? Əslində, proseslərdə həmişə liderlər öndə olmalıdırlar, daha camaatı küçəyə çıxarıb, özləri evlərində oturmalı deyillər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR