Bank Of Baku

AXCP sədrinin müavini Daxili İşlər Nazirliyinə çağırılıb

AXCP sədrinin müavini Daxili İşlər Nazirliyinə çağırılıb
# 26 aprel 2011 13:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. AXCP sədrinin müavini Gözəl Bayramlı çağırış əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Təhqiqat İdarəsində olub. Bu barədə APA-ya G. Bayramlının özü məlumat verib.

Onu əvvəlcə DİN Baş Təhqiqat İdarəsinin rəisi Möhübbət Hüseynov, daha sonra isə idarənin baş inspektoru Hikmət Babayev qəbul edib və Ombudsman Elmira Süleymanovanın DİN-ə göndərdiyi müraciət əsasında ondan izahat alıb. G. Bayramlıdan onun qolunu buran polisləri tanıyıb-tanımadığı barədə də soruşulub.

Qeyd edək ki, G. Bayramlı İctimai Palatanın aprelin 17-də keçirmək istədiyi aksiya zamanı saxlanılaraq məhkəmə qərarı ilə 5 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. O, Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında olarkən Ombudsman Aparatının nümayəndələrinə Nəsimi rayon Polis İdarəsində olarkən vəkillə təmin olunmaması, ac-susuz saxlanılması və qollarına qandal vurulması ilə bağlı müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR