Prezident İlham Əliyev: “Ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyil” - YENİLƏNİB
Akademiyanın prezidenti Mahmud Kərimov bildirib ki, ərazidə fəaliyyət göstərən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülüb, binalar təmir olunub, geniş yaşıllıq zolağı salınıb. 2007-ci ilin sonundan başlanan təmir və yenidənqurma tədbirlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, akademiya işçilərinin elmi fəaliyyəti üçün hər cür şəraitin yaradıldığı qeyd edilib.
Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini və aparılmış təmir işlərini əks etdirən fotolara baxıb. Sonra Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib.
Yığıncağı giriş sözü ilə açan AMEA prezidenti Mahmud Kərimov bildirib ki, son illərdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılıb. Ötən dövrdə dövlətimizin başçısının göstərişi ilə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Azərbaycan Tarixi Muzeyi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yenidən qurulub. “Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri də akademiyanın varlığının qorunub saxlanmasıdır”, - deyən Mahmud Kərimov bildirib ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında xalqımızın taleyi, mili-mədəni və mənəvi varlığının qorunub saxlanması baxımından mühüm vəzifələr qoyulub. Hazırda 2009-2015-ci illərdə Azərbaycan elminin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı mühüm işlər görülür.
Sonra ötən il dünyasını dəyişən akademiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov yığıncağın gündəliyini elan edib. O bildirib ki, 2011-ci ildə dövlət müstəqilliyinin yenidən bərpasının 20-ci ildönümü tamam olur. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun ictimaiyyətlə ilk görüşü akademiyada olub.
Mahmud Kərimov Prezident İlham Əliyevə akademiyanın illik ümumi yığıncağında iştirakına görə minnətdarlığını bildirib. Dövlət başçısı yığıncaqda giriş nitqi söyləyib.
Akademiyanın illik ümumi yığıncağına dəvətə görə, alimlərə təşəkkür edən Prezident İlham Əliyev burada çox gözəl təmir və yenidənqurma işlərinin aparıldığını bildirib. Dövlət başçısı Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı konkret addımların atıldığını vurğulayıb, bu siyasətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, 1945-ci ildən fəaliyyət göstərən akademiya böyük və uğurlu yol keçib, alimlərimiz ölkəmizin inkişafına layiqli töhfələr veriblər: “Amma buna baxmayaraq, müstəqilliyin ilk illərində akademiyanın ləğv edilməsi ilə bağlı fikirlər səslənirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bu təhlükəni aradan qaldırdı.
Akademiyada Azərbaycanın elitası cəmlənib. Ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyildir”.
Dövlət başçısı elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılmasının vacibliyinə toxunaraq Elmin İnkişafı Fondunun bu sahədə xidmətlərindən danışıb. O bildirib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elmin, təhsilin, iqtisadiyyatın birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər getməlidir.
Alimlərimizin elmdə qazandığı uğurlara toxunan prezident İlham Əliyev Azərbaycanın geoloq alimlərinin XX ərdə həyata keçirdiyi elmi tədqiqatların əhəmiyyətindən danışdı. O bildirib ki, bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas amilə çevrilməsi onların elmi kəşflərinin nəticəsidir. Hazırda ölkəmizdə böyük neft-kimya kompleksinin tikintisi ilə bağlı işlərin getdiyini diqqətə çatdıran dövlətimizin başçısı bunun yeni iş yerlərinin açılmasına və elmi tədqiqatların daha da sürətlənməsinə imkan verəcəyini qeyd edib.
“Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir”, - deyən Prezident İlham Əliyev bu tərəqqinin təməlində elmin inkişaf prioritetlərinin dayandığını diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq akademiyanın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsinin vacibliyinə qeyd edib: “Hazırda ölkəmizdə müasirləşmə siyasəti aparılır, elmi-texniki tərəqqi ilə bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir və bunlar dövlət siyasətidir. İKT-nin inkişafı isə ilk növbədə, intellektual potensialın güclənməsinə, ölkədə gedən müasirləşmə prosesinə dəstək verməyə yönəlib. Artıq ölkədə hərbi-sənaye kompleksi də yaradılır. Bu gün Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul buraxılır və gələcəkdə onların sayı artırılacaq”. Humanitar elmlərin də inkişafının diqqət mərkəzində olduğunu vurğulayan dövlət başçısı bildirib ki, bu sahədə aparılan elmi işlərin səviyyəsi təqdirəlayiqdir.
Dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirir. Xüsusilə İrəvan xanlığının tarixi ilə bağlı yazılan təqdirəlayiq əsərlərin əhəmiyyətinə toxunan prezident İlham Əliyev Dağlıq Qarabağın qədim və əzəli Azərbaycan torpağı olması ilə bağlı sanballı elmi əsərlərin sayının daha da çoxaldılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov 2010-cu ildə həyata keçirilən elmi tədqiqatlar və onların istiqamətləri barədə hesabat məruzəsi ilə çıxış edib. Akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Akif Hacıyev, Vaqif Fərzəliyev və Bəkir Nəbiyev hesabat məruzəsi ətrafında müzakirələrdə çıxış ediblər, təkliflərini söyləyiblər.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının hesabatı səsə qoyularaq təsdiq edilib. Səslənən təkliflərə münasibət bildirən Prezident İlham Əliyev qaldırılan məsələlərin tezliklə həllini tapacağını qeyd edib.
Akademiyanın prezidenti Mahmud Kərimov bir daha dövlət başçısına elm adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.
Yığıncaqdan sonra prezident İlham Əliyevə gələcəkdə akademiyanın strukturunda yer alan bəzi binaların inşası və yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verilib.
Dövlət başçısı akademiyanın digər hissəsində aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olub.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Prezident İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
İran İsveç diplomatını ölkədən çıxarır
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
İranda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında toqquşma olub, ölənlər var
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir
Prezident: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
Erməni nazir: Azərbaycandan idxal benzinin qiymətinin daha yüksək səviyyəyə çatmasının qarşısını alıb
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Paşinyan: Rusiya hərbi bazası Ermənistana lazım deyil, istəyirlər, sabah çıxarsınlar
Rusiya Qara dənizdə xarici gəmiyə dron zərbəsi endirib: kapitan ölüb, yaralılar var
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
Ermənistanda zəlzələ olub
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib - FOTO - YENİLƏNİB
Paşinyan rus dili kursuna gedir
Kobaxidze: Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
Sabahın hava proqnozu açıqlanıb
Nazir: Gürcüstan Azərbaycanla enerji əməkdaşlığını gücləndirir
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Azərbaycanda məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum edib
DİN-ə yeni vəzifə həvalə olunub
Zelenski: Ukrayna ordusu Rostovda hərbi aerodromda 3 təyyarə və 3 helikopteri məhv edib
Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
Lənkəranda avtomobilinin nömrəsini lentlə gizlədən sürücü saxlanılıb - FOTO
Bakıda günəş elektrik stansiyası və Batareya Enerji Saxlanc Sistemi tikiniləcək
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Hacıqabulda saxlanılan şəxsin Bakıda motosiklet oğurluqları da aşkarlanıb
İşğala göz yuman beynəlxalq hüquq: Azərbaycan 30 ildən sonra ədaləti özü bərpa etdi - TƏHLİL
Zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni standart hazırlanır
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
“Bank of Baku” subordinasiya borc öhdəlikləri üzrə istiqraz buraxa bilər
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb
Mərkəzi Bank maliyyə qruplarına konsolidasiya olunmuş nəzarət edəcək
“Dövlət satınalmaları haqqında” qanunun şamil edilməyəcəyi malların əhatə dairəsi genişlənir
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Mercedes-Benz-in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Prezident: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Prezident TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat olub
Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir - FOTO
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb
Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub