Bank Of Baku

Müsavat Partiyasının qərargahında aparılan axtarış başa çatmaq üzrədir

Müsavat Partiyasının qərargahında aparılan axtarış başa çatmaq üzrədir
# 26 aprel 2011 17:00 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun əməkdaşlarının Müsavat Partiyasının Binəqədi rayonunda yerləşən mərkəzi qərargahında apardıqları axtarış tədbirləri davam etdirilir. Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

G.Aslanlı hüquq-mühafizə orqanları əməkdaşlarının İctimai Palata ilə bağlı sənədləri araşdırdıqlarını, həmin sənədlərlə bağlı qeydlər apardıqlarını deyib: “Partiyadan götürülən sənədlərlə bağlı protokollar hazırlanıb və imzalanıb. Artıq proses bitmək üzrədir”.

Onu da qeyd edək ki, Respublika Baş Prokurorluğundan Müsavat Partiyasının qərargahında axtarış aparıldığı təsdiqlənib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, partiyanın qərargahında aparılan axtarış tədbirləri aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar başlanmış cinayət işi üzrə məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR