Bank Of Baku

Prezident İlham Əliyev bir neçə rayona yeni icra başçısı təyin edib

Prezident İlham Əliyev bir neçə rayona yeni icra başçısı təyin edib
# 26 aprel 2011 18:26 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadın verdiyi xəbərə görə, digər sərəncamla prezident İsmayıl Məhərrəm oğlu Vəliyevi Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Dövlət başçısının sərəncamı ilə İ.M.Vəliyev Neftçala rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
Başqa sərəncamlarla prezident Taleh Azay oğlu Qaraşov Neftçala rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib. O Astara rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Prezidentin sərəncamı ilə Mahir Hacı oğlu Quliyev Astara rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Prezidentin digər sərəncamı ilə Adil Məmmədov Biləsuvar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncam ilə A.M.Məmmədov Qobustan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR