Bank Of Baku

Məhkəmə Arif Hacılı barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyib

Məhkəmə Arif Hacılı barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyib
# 27 aprel 2011 10:02 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail Rayon Məhkəməsində Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının vəsatəti əsasında məhkəmə prosesi keçirilib. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, hakim Famil Nəsibovun sədrlik etdiyi prosesdə vəkillər hakimə etirazla bağlı vəsatət veriblər. Hakim həmin vəsatəti baxılmamış saxlayıb. Məhkəmə Arif Hacılının barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən vəsatəti isə təmin etməyib.

Qeyd edək ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində aksiya keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsi A. Hacılın barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR