Bank Of Baku

Müsavat Partiyası partiyanın qərargahında axtarış aparılması ilə bağlı bəyanat yayıb

Müsavat Partiyası partiyanın qərargahında axtarış aparılması ilə bağlı bəyanat yayıb
# 27 aprel 2011 12:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Müsavat Partiyası dünən Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun 5 əməkdaşının Səbail Rayon Məhkəməsinin qərarı ilə partiya qərargahında axtarış aparması ilə bağlı bəyanat yayıb. Partiyadan APA-ya daxil olan bəyanatda bildirilib ki, axtarış zamanı qərargahdan İctimai Palataya aid sənədlər götürülüb.

Müsavat Partiyası İctimai Palatanın fəaliyyətinin yarandığı gündən şəffaf olduğunu, bütün qərarların mətbuata açıqlandığını, sessiyaların jurnalistlərin iştirakı ilə keçirildiyini qeyd edib.

Bəyanatda 2 aprel 2011-ci il mitinqi ilə bağlı qaldırılmış istintaq işinin qanunsuz olduğu vurğulanıb və axtarış İctimai Palatanın üzvlərinə təzyiq cəhdi kimi qiymətləndirilib.
Müsavat Partiyası partiya qərargahında keçirilmiş axtarışın qeyri-qanuni olduğunu bəyan edib və bunu pisləyib.

Bəyanatda 2 aprel mitinqində həbs edilmiş insanların dərhal azadlığa buraxılması, qaldırılmış cinayət işinin ləğv olunması ilə bağlı tələb də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR