Bank Of Baku

AXCP Rəyasət Heyətinin iclası keçirilib

AXCP Rəyasət Heyətinin iclası keçirilib
# 27 aprel 2011 14:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün AXCP Rəyasət Heyətinin iclası keçirilib. Bu barədə APA-ya partiya sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. İclasda əvvəlcə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Toplantıda AXCP-nin də daxil olduğu İctimai Palatanın 2 aprel və 17 aprel aksiyaları da müzakirə edilib və növbəti aksiyaya daha yaxşı hazırlaşmaq qərara alınıb. Bununla əlaqədar AXCP-nin yerli rayon təşkilatları ilə müşavirələr keçiriləcək.

2 aprel aksiyasında həbs olunmuş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin görülməsi də müzakirə edilib və beynəlxalq ictimaiyyətlə bu istiqamətdə iş aparılmasının zəruriliyi vurğulanıb.

İclasda Liviya və Suriyada baş verən proseslər də müzakirə olunub və AXCP Rəyasət Heyəti adından beynəlxalq təşkilatlara bu ölkələrlə bağlı qətiyyətli addımlar atması üçün müraciət olunması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR