Bank Of Baku

AXCP-nin sədr müavininin vəsatəti təmin olunub

AXCP-nin sədr müavininin vəsatəti təmin olunub
# 27 aprel 2011 15:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Polis nəzarətində olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının paytaxt Bakı şəhərinə gəlməsinə icazə verilib. Bu barədə APA-ya F. Qəhrəmanlı özü bildirib. Yaşadığı Abşeron rayonundan Bakı şəhərinə gəlməsinə icazə verilməsi üçün bir neçə gün əvvəl Bakı Şəhər Prokurorluğuna müraciət etdiyini deyən F. Qəhrəmanlı müvafiq istintaq qrupunun vəsatəti təmin etdiyini bildirib: “İki azyaşlı uşağım Bakı şəhərində təhsil alır, onları məktəbə mən aparıb gətirirəm. Paytaxta gəlib-getmək ən çox buna görə lazım idi. Müraciət etdik və mənə paytaxta gəlib-getməyə icazə verildi”.

Qeyd edək ki, İctimai Palatanın 2 aprel aksiyasında saxlanmış F. Qəhrəmanlı iki gün sonra buraxılıb. Ona qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə təqsirləndirilən şəxs qismində istintaq müddətində onun polis nəzarətində olacağı haqda qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR