Bank Of Baku

Əli Kərimli də yenidən istintaqa çağırılıb

Əli Kərimli də yenidən istintaqa çağırılıb
# 27 aprel 2011 17:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. AXCP sədri Əli Kərimli yenidən Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Bu barədə APA-ya AXCP sədrinin köməkçisi Faiq Əmirov bildirib. F. Əmirov Ə. Kərimlinin 2 aprel hadisələri ilə bağlı yaradılmış istintaqa şahid qismində ifadə vermək üçün çağırıldığını deyib.

AXCP sədri çağırış məktubunda göstərildiyi vaxt – 28 aprel saat 15.00-da BŞBPİ-də olacaq.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər də yenidən istintaqa çağırılıb. O, 29 aprel 11.00-da BŞBPİ-yə gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR