Bank Of Baku

Azərbaycan İslam Partiyası yeni qərargaha köçüb

Azərbaycan İslam Partiyası yeni qərargaha köçüb
# 28 aprel 2011 09:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan İslam Partiyası (AİP) yeni qərargaha köçüb. Bu barədə APA-ya AİP-in mətbuat xidmətinin rəhbəri Hacı Akif Heydərli məlumat verib. O deyib ki, partiyanın rəhbər strukturu bu gündən Bakının Yasamal rayonu Əli bəy Hüseynzadə küçəsi, 40 ünvanında fəaliyyətini davam etdirəcək. A. Heydərli qeyd edib ki, AİP-in növbədənkənar Baş Məclisinin yığıncağı da yaxın bir neçə günə yeni qərargahda keçiriləcək. Baş Məclisin iclasında isə ölkədəki ictimai-siyasi vəziyyət, beynəlxalq aləmdə baş verən hadisələr, həmçinin AİP rəhbərliyinin və funksionerlərinin həbsi ilə bağlı qurumun yeni strukturunun möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin AİP kütləvi aksiya keçirməsi barədə öz qərarını açıqlayacaq.
Qeyd edək ki, AİP-nın Nərimanov rayon ərazisində yerləşən qərargahında 2010-cu il yanvarın 10-da hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Bundan sonra partiya həmin ünvanda öz fəaliyyətini dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR