Bank Of Baku

AMİP İctimai Palata ilə bağlı qərarına yenidən baxa bilər

AMİP İctimai Palata ilə bağlı qərarına yenidən baxa bilər
# 28 aprel 2011 12:05 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə deyib. O bildirib ki, AMİP üzvlərinin İP-də hələ də təmsil olunması partiya rəhbərliyinin razılığı ilə baş tutur: “Biz çox istəyirdik ki, İctimai Palatada müxalifət düşərgəsinin bütün təşkilatları təmsil olunsun. İctimai Palata yarananda “açıq qapı” siyasətinin tərəfdarı idik. Təəssüf ki, bir çox siyasi təşkilatların qarşısına sədd qoyuldu”.

A. Əlizadə qeyd edib ki, AMİP üzvlərinin İP-də təmsil olunmaq niyyətləri ciddi fikir ayrılığı kimi qəbul olunmamalıdır: “İctimai Palata qarşısına qoyduğu məqsəd istiqamətində bundan sonra fəaliyyət göstərəcəksə, AMİP-in həmin üzvləri bu qurumda təmsil olunacaqlar, kursdan sapma olacaqsa, üzvlərimiz İctimai Palatada təmsilçilikdən daşınacaq”.

A. Əlizadə deyib ki, təmsil etdiyi partiya üzvlərinin İP-də təmsil olunmalarına AMİP rəhbərliyi tərəfindən heç bir qadağa qoyulmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR