Bank Of Baku

İctimai Palatanın sessiyası zamanı yanğın təhlükəsi yaranıb

İctimai Palatanın sessiyası zamanı yanğın təhlükəsi yaranıb
# 29 aprel 2011 10:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. İctimai Palatanın Müsavat Partiyasının qərargahında keçirilən sessiyası zamanı tüstülənmə yaranıb. APA-nın müxbirinin verdiyi məlumata görə, tüstülənmə zalda işıqların sönməsindən sonra baş verib. Belə ki, qərargaha gələn elektrik enerjisi kəsilməsə də, zalın işıqları sönüb. Sonra isə tüstülənmə olub. Tüstülənmənin dəhlizdəki elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir. Qısaqapanma nəticəsində dəhlizdə yaranan tüstü iclas zalına daxil olub. Tüstülənmənin qarşısının alınması ilə iclas iştirakçılarının narahatlığına son qoyulub və sessiya işini davam etdirib.

Qeyd edək ki, hazırda zalda işıq yanır, tüstülənmə də yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR