Bank Of Baku

Gözəl Bayramlı İctimai Palatanın Qadınlar Şurasının sədri seçilib

Gözəl Bayramlı İctimai Palatanın Qadınlar Şurasının sədri seçilib
# 29 aprel 2011 10:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İctimai Palatanın (İP) sessiyası zamanı İP-in Qadınlar Şurasının yaradılması və bu Şuraya sədr seçilməsi məsələsinin müzakirəsi zamanı mübahisə yaranıb. APA-nın məlumatına görə, iclasa sədrlik edən Pənah Hüseyn Şura sədrliyinə AXCP sədrinin müavini Gözəl Bayramlının namizədliyinin irəli sürüldüyünü bildirib.

Çıxış edən bəzi İP üzvləri bu təklifə tərəfdar olsalar da, təklifin əleyhinə çıxanlar da olub. Əleyhdarlardan bəziləri ümumiyyətlə İP Qadınlar Şurasının yaradılmasının əleyhinə çıxıblar.

Daha sonra səsvermə yolu ilə İP-in Qadınlar Şurasının yaradılıb və Gözəl Bayramlı vahid namizəd olmaqla Şuranın sədri seçilib. Onun əleyhinə səs verən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR