Bank Of Baku

Əli Əliyev: “Kimlərsə Azərbaycanda inqilab baş verəcəyini təlqin etməklə yanaşı, bu inqilabın bəhrələrini öz səbətlərinə yığmaq niyyətində idi”

Əli Əliyev: “Kimlərsə Azərbaycanda inqilab baş verəcəyini təlqin etməklə yanaşı, bu inqilabın bəhrələrini öz səbətlərinə yığmaq niyyətində idi”
# 29 aprel 2011 10:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Kimlərsə ərəb dalğasının təsiri altında qısa müddət ərzində Azərbaycanda inqilab baş verəcəyini təlqin etməklə yanaşı, bu inqilabın bəhrələrini öz səbətlərinə yığmaq niyyətində idi”. Bu açıqlamanı APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev verib.

Partiya sədri bildirib ki, müxalifət arasında məsləhətləşmələrin aparılması məqsədilə konkret istiqamətlər təklif etsələr də, bu təklifin qarşılığı olmayıb: “Bir araya gəlməyi vacib edən şərtlər razılaşdırıldıqdan sonra müxalifətin hansı ad altında əməkdaşlıq mərkəzinin yaradılmasını düşünmək olar. Ancaq indi vəziyyət fərqlidir”. Ə. Əliyev qeyd edib ki, müxalifət partiyalarının vahid məsləhətləşmə qurumunun formalaşması bərabər şərtlər daxilində mümkündür: “Lakin müxalifətdə olan bəzi qüvvələr psixoloji cəhətdən bu bərabər şərtlərlə əməkdaşlığa hazır deyillər. Bu, artıq onların probleminə çevrilib. Ancaq biz mübarizəmizi uyğun təşkilatlarla davam etdirəcəyik”.

Ə. Əliyevin sözlərinə görə, yaxın müddətdə bu istiqamətdə işləri yekunlaşdırıb, müxalifətin məsləhətləşmə qurumunun yaradılması ilə bağlı ictimaiyyətə məlumat veriləcək: “Heç kim düşünməsin ki, müxalifətin güc mərkəzi olaraq, yeganə təmsilçi kimi çıxış edə biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR