Bank Of Baku

Bəzi VİP üzvləri ALP ilə birləşmək təklifi ilə çıxış ediblər

Bəzi VİP üzvləri ALP ilə birləşmək təklifi ilə çıxış ediblər
# 29 aprel 2011 10:41 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Ə. Əliyev bildirib ki, VİP və ALP-nin birləşməsi nəzəri cəhətdən mümkündür: “Bizim yaxınlığımız daha çox siyasi proseslərdə ifadə etdiyimiz mövqe yaxınlığıdır və mübarizə vasitələrimizin uyğunluğudur”.

Onun sözlərinə görə, bəzi VİP üzvləri partiyaların birləşməsi təklifi ilə çıxış edib: “Ümumiyyətlə təmərküzləşmə güclü tərəflərə məxsus olan addımlardır. Ola bilsin ki, siyasi proseslərin hansısa mərhələsində VİP və ALP də ortaq mövqeyə gəlsin”.

ALP sədri Əvəz Temirxan isə deyib ki, VİP və ALP-nin əməkdaşlığı Azərbaycan tarixində ən uzunömürlü əməkdaşlıq nümunəsidir: “Ancaq birləşməklə bağlı təklif və təşəbbüs yoxdur. Onsuz da bir partiya kimi fəaliyyət göstəririk. Siyasətdə proqnoz uğursuz yanaşmadır. Ona görə də bu barədə heç nə deyə bilmərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR