Bank Of Baku

Azərbaycan Milli Məclisinin növbəti iclası mayın 6-da keçiriləcək

Azərbaycan Milli Məclisinin növbəti iclası mayın 6-da keçiriləcək
# 29 aprel 2011 11:31 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.İclasın gündəliyinə 6 məsələ daxildir. İclasda Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanunu, “Balakən rayonunun ərazisində qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi, “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə”, “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihələri səsverməyə çıxarılacaq. Bundan başqa, iclasda Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirə olunacaq. Həmçinin “İnsan hüquqları müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanuna dəyişikliklər səsverməyə (təkrar) çıxarılacaq.

Qeyd edək ki, «İnsan hüquqları müvəkkili haqqında» Konstitusiya qanununa dəyişikliklərə görə, Ombudsman Aparatında informasiya ilə bağlı xüsusi qurum yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR