Bank Of Baku

İctimai Palatanın sessiyasında mitinq keçirilməsi ilə bağlı fikir ayrılığı yaranıb

İctimai Palatanın sessiyasında mitinq keçirilməsi ilə bağlı fikir ayrılığı yaranıb
# 29 aprel 2011 11:37 (UTC +04:00)
APA-nın məlumatına görə, sessiyada çıxış edən İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal İP-in mübarizəni davam etdirəcəyini deyib: “Biz dinc və qanuni yolla mübarizəmizi davam etdirmək istəyirik. Biz inqilab istəmirik”.

İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli də mübarizənin davam etdiriləcəyini söyləyib: “Aksiyalarla bağlı planlarımız bundan sonra da davam edəcək”.
Ə. Kərimli müxalifət olaraq dinc mübarizə tərəfdarı olduqlarını da deyib.

Çıxış edən İP və Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli növbəti mitinqin vaxtı ilə bağlı qərar verilməsini təklif edib: “Mən mayın 15-ni təklif edirəm. Əks halda, bizim qorxduğumuzu düşünəcəklər”.

M. Hacıbəyli ötən 3 iclas ərzində İP Koordinasiya Şurasının yeni aksiya gününü təyin etmədiyinə görə təəssüfləndiyini də bildirib.

İP üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, “birdən deyərlər ki, qorxdular” prinsipi ilə aksiya təyin etmək düzgün deyil: “Biz kütləvi aksiyaların keçirilməsinin tərəfdarıyıq. Ancaq bunu ağıllı şəkildə, təşkilatlanaraq etməliyik. Elə hazırlaşmalıyıq ki, qarşımızı ala bilməsinlər. Elə etməliyik ki, aprelin 17-si tendensiyası təkrarlanmasın”.

İP üzvü, AXCP sədrinin müavini Nurəddin Məmmədli də çıxışında aksiya keçirilməsinin tərəfdarı olduğunu, lakin buna ciddi hazırlaşmağın zəruriliyini vurğulayıb: “17 aprel aksiya göstərdi ki, Azərbaycan xalqı hələ bu mübarizəyə hələ hazır deyil. Aksiyalar müxalifətin olmamalı, ümumxalq hərəkatına çevrilməlidir”.

N. Məmmədli aksiya gününün təyin olunması ilə bağlı səlahiyyətin İP Koordinasiya Şurasına verilməsini təklif edib.

İP üzvü, AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov isə deyib ki, mitinqləri daha izdihamlı etmək üçün təşkilatlanmaya ehtiyac var.

Sessiyada İP üzvü Vidadi İsgəndərli İP-in İctimai Tədqiqat Qrupunun sədri seçilib.

İclas davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR