Bank Of Baku

İctimai Palata bugünkü sessiyasında mitinq qərarı verə bilməyib

İctimai Palata bugünkü sessiyasında mitinq qərarı verə bilməyib
# 29 aprel 2011 12:36 (UTC +04:00)
APA-nın məlumatına görə, mayın 15-də aksiya keçirilməsi təklifi qəbul olunmayıb. Digər qərar isə qəbul olunub.

Qərarda bildirilir ki, İctimai Palatanın sessiyası sərbəst toplaşma azadlığı məsələsini ölkədə köklü islahatlar və demokratikləşmə prosesinin həlledici istiqamətlərindən və vasitələrindən biri sayaraq, Azərbaycanda sərbəst toplaşma azadlığının hakimiyyət tərəfindən ciddi şəkildə məhdudlandırıldığını, faktiki olaraq qadağan edildiyini göstərərək və bunun cəmiyyətdə gərginlik və qarşıdurmanın əsas səbəblərindən, sərbəst toplaşma azadlığına əməl edilməsinə nail olmağı İctimai Palatanın başlıca məqsədlərindən biri olduğunu bəyan edərək dinc kütləvi aksiyaların davam etdirilməsini zəruri hesab edir.

Eyni zamanda hazırda Bakı şəhərində mitinq və nümayişlərin keçirilməsi ilə bağlı müzakirələrin aparılması üçün rəsmi hakimiyyət orqanlarına müraciət olunduğunu, habelə beynəlxalq təşkilatların nümayəndələri ilə bu məsələylə əlaqədar məsləhətləşmələrin keçirildiyini nəzərə alaraq, növbəti mitinqin vaxtının və yerinin göstərilən müzakirə və məsləhətləşmələrin nəticələrinin aydın olmasından sonra müəyyənləşdirilməsini məqsədəuyğun sayır.

Bununla da, İP-in sessiyası başa çatıb.

Xatırladaq ki, İP-nın bugünkü sessiyasında növbəti etiraz aksiyasının keçirilməsi haqqında qərar verilməsi gözlənilirdi. Lakin İP üzvləri arasında yaranmış fikir ayrılıqları səbəbindən bu mümkün olmayıb. Fikir ayrılıqları bəzət hətta kəskin mübahisəyə çevrilib. Belə mübahisələrdən biri zamanı İP üzvü Soltanhəmid Məlikov Bədrəddin Quliyevi “bazar adamı” adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR