Bank Of Baku

Köçəri Nağıbəylinin apellyasiya şikayəti təmin olunmayıb

Köçəri Nağıbəylinin apellyasiya şikayəti təmin olunmayıb
# 29 aprel 2011 12:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın (İP) aprelin 17-də Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı həbs olunan İP Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəylinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, K. Nağıbəyli apellyasiya şikayətində həbs olunarkən hüquqlarının pozulduğunu iddia edib və buna görə dövlətin 4 min manat təzminat ödəməsini istəyib. Nəsimi rayon Məhkəməsi onun 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. O, bir neçə gün əvvəl azadlığa buraxılıb
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR