Bank Of Baku

Polis metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında vətəndaşlara vərəqə paylayan AXCP üzvlərini saxlayıb

Polis metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında vətəndaşlara vərəqə paylayan AXCP üzvlərini saxlayıb
# 29 aprel 2011 13:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov, Hafiz Heydərov - APA. Bu gün AXCP üzvləri Aysel Saday və Bəyim Həsənli metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında vətəndaşlara vərəqə paylayarkən polis tərəfindən saxlanılıb. APA-nın xəbərinə görə, bu barədə İctimai Palatanın sessiyasında iclasa sədrlik edən Pənah Hüseyn məlumat verib. Gənclər aprelin 30-da ADNA-dakı hadisənin ildönümü ilə bağlı aksiyaya çağırış edirmişlər. Qızların Yasamal rayon Polis İdarəsinə aparıldığı bildirilir.

Yasamal Rayon Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi Elxan İsmayılov APA-ya açıqlamasında adıçəkilən şəxslərin polis tərəfindən saxlanıldığını təsdiqləyib: “Onlar izahatları alındıqdan sonra sərbəst buraxılacaqlar.”

Qeyd edək ki, Aysel Saday “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qızıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR