Bank Of Baku

İsa Qəmbər 4 saat istintaqa ifadə verib

İsa Qəmbər 4 saat istintaqa ifadə verib
# 29 aprel 2011 13:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) istintaq qrupuna növbəti dəfə ifadə verib.

APA-nın məlumatına görə, saat 11.10-dan 15.23-dək BŞBPİ-də ifadə verən Müsavat başqanı İ. Qəmbər idarədən çıxdıqdan sonra jurnalistlərə açıqlamasında deyib ki, istintaq qrupunun rəhbəri, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyevin iştirakı ilə keçirilən istintaq hərəkəti zamanı çoxsaylı sualları cavablandırıb.

Suallar, əsasən, 2 apreldə keçirilən kütləvi aksiyalar, o cümlədən İctimai Palatanın fəaliyyəti ilə bağlı olub. İ. Qəmbər onu da qeyd edib ki, onun aprelin 29-da istintaqa ifadə verməsi üçün çağırılmasında məqsəd İP-nin bu günə təyin olunan sessiyasında iştirakına maneçilik törətmək olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR