Bank Of Baku

AXCP üzvünün məhkəməsində müdafiə tərəfinin vəsatəti təmin olunub

AXCP üzvünün məhkəməsində müdafiə tərəfinin vəsatəti təmin olunub
# 29 aprel 2011 15:39 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Vəkil Əsabəli Mustafayevin APA-ya verdiyi xəbərə görə, prosesdə hal şahidi və əməliyyat axtarış qrupunun rəhbəri ifadə veriblər.

Ə. Mustafayev prosesdə narkoloji ekspertizanı həyata keçirən həkimin dindirilməsi və həmin ekspertizanın yenidən keçirilməsi barədə vəsatət verildiyini bildirib: “Hakim həmin vəsatəti təmin edib. Cabbar Savalanla bağlı keçirilən ekspertizanın rəyində qeyd olunub ki, o, narkotikdən istifadə etməyib. Daha sonra qeyd olunur ki, keçmişdə onun narkotikdən istifadə etdiyi istisna olunmur. Biz də bunla bağlı vəsatət verdik ki, məsələni aydınlaşdıraq”.

Proses mayın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti tarix fakültəsinin II kurs tələbəsi, AXCP Gənclər Komitəsinin üzvü olan C. Savalanlı bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Fevralın 7-də isə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib və 3 saylı İstintaq Təcridxanasına köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR