Bank Of Baku

Bakıda Niderland Kraliçası Gününə həsr olunmuş bayram tədbiri keçirilib

Bakıda Niderland Kraliçası Gününə həsr olunmuş bayram tədbiri keçirilib
# 29 aprel 2011 15:39 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbir Niderlandın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Milli bayram münasibətilə “Tarixi şəxsiyyətlər” jurnalı Kraliça Beatriksə həsr olunmuş xüsusi buraxılış hazırlayıb. Niderland Krallığına, kraliçaya və bu ölkənin Azərbaycanla ikitərəfli münasibətlərinə həsr olunmuş jurnal Azərbaycan və ingilis dillərində nəşr olunub və bütün Avropada yayılır. Səfirlik bayram münasibətilə təntənəli qəbul mərasimi də təşkil edib. Mərasimdə Azərbaycandakı diplomatik korpusun rəhbərləri və nümayəndələri də iştirak ediblər.

Xatırladaq ki, Kraliça Günü Niderlandda hər il aprelin 30-da qeyd olunur. Bu, indiki kraliça Beatriksin 1980-ci ildə taxta çıxdığı gündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR