Bank Of Baku

Arif Hacılı apellyasiya şikayəti verib

Arif Hacılı apellyasiya şikayəti verib
# 29 aprel 2011 15:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Aprelin 2-də İctimai Palatanın (İP) Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya zamanı saxlanılan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı apellyasiya şikayəti verib. Bunu APA-ya vəkil Əsabəli Mustafayev deyib. Vəkil apellyasiya şikayətinin Səbail rayon Məhkəməsinin qərarı ilə bağlı olduğunu bildirib: “Biz Arif Hacılının barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatətlə məhkəməyə müraciət etmişdik. Lakin məhkəmə həmin vəsatəti təmin etmədi. Biz də bununla bağlı apellyasiya şikayəti vermişik”.

Xatırladaq ki, aprelin 2-də A. Hacılının da üzvü olduğu İctimai Palata Bakının mərkəzində etiraz aksiyası keçirməyə cəhd edib. Həmin gün baş vermiş hadisələrlə bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsi A. Hacılı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR