Bank Of Baku

Ümid Partiyası DSK üzvlüyünə namizədlər üçün imtahan keçirib

Ümid Partiyası DSK üzvlüyünə namizədlər üçün imtahan keçirib
# 30 aprel 2011 13:45 (UTC +04:00)
Bakı – APA. Ümid Partiyasının qərargahında partiyanın dairə seçki komissiyalarına (DSK) təmsilçi olaraq namizədlikləri rayon təşkilatları tərəfindən irəli sürülmüş partiya üzvlərinin imtahanı başlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan başlamazdan əvvəl namizədlərlə görüşən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə prosesin əhəmiyyəti haqqında danışıb. İ. Ağazadə bunun Azərbaycan siyasi sistemində yeni bir ənənə olduğunu deyib.
İmtahan komissiyasının rəhbəri, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Akif Qurbanov imtahanın prosedur qaydaları, nəticələrin necə hesablanması haqqında məlumat verərək qeyd edib ki, Ümid Partiyası 58 dairə üzrə öz nümayəndələrini imtahan əsasında seçib müəyyən edəcək. İmtahanların yazılı və şifahi keçirilməsi nəzərdə tutulub. İmtahan 3 növbədə həyata keçirilib. İmtahan prosesi növbəti gün davam etdiriləcək.
İmtahanının nəticələri əsasında namizədlərin DSK üzvlüyünə göndərilməsi təsdiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR