Bank Of Baku

Nurəddin Məmmədli: “İsa Qəmbər aksiyanın keçirilməsi ilə bağlı AXCP-nin mövqeyini ifadə edib”

Nurəddin Məmmədli: “İsa Qəmbər aksiyanın keçirilməsi ilə bağlı AXCP-nin mövqeyini ifadə edib”
# 02 may 2011 09:32 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İctimai Palatanın mitinqlə bağlı qərarı ortadadır, bu qərara nə isə əlavə etmək mümkün deyil. İctimai Palata aksiyaların davam etdirilməsinə qərar verib, vaxt isə müəyyənləşdirildikdən sonra açıqlanacaq”. Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini, İctimai Palatanın (İP) üzvü Nurəddin Məmmədli deyib.

O, İP-də mitinqlə bağlı AXCP və Müsavat partiyaları arasında fikir ayrılığının olmasının bu partiyalar arasında problem yaranması anlamına gəlməməli olduğunu söyləyib: “Sizcə Azərbaycanda ən böyük müsavatçı kimdir? İsa Qəmbər! Mitinqlə bağlı təklifi İsa Qəmbər verib və sessiyaya İctimai Palatanın Koordinasiya Şurasının bir təklif layihəsi kimi təqdim olunub. Əgər İsa Qəmbər aksiyanın keçirilməsi ilə bağlı AXCP-nin mövqeyini ifadə edibsə, bunu necə AXCP-Müsavat qarşıdurması adlandırmaq olar? Digər tərəfdən, bu təklif İctimai Palatanın sessiyasında səsə qoyulub. Orada az sayda müsavatçı və cəbhəçi var, qalanlarının nə AXCP-yə, nə Müsavata aidiyyatı yoxdur. O qərar da səs çoxluğu ilə qəbul olunub. Orada xeyli sayda müsavatçılar da Koordinasiya Şurasının təklifinə səs verdilər”.

Xatırladaq ki, AXCP və Müsavat Partiyasının daxil olduğu İctimai Palatanın 29 aprel tarixli iclasında bu partiyalar arasında mitinq məsələsi ilə bağlı kəskin fikir ayrılığı yaranıb. Müsavatçılar mayın 15-də aksiya təyin olunmasını təklif etsələr də, AXCP təmsilçiləri bunun əleyhinə çıxıblar. Təkliflər səsverməyə çıxarılıb və Müsavatı Partiyasının təklifi qəbul olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR