Bank Of Baku

Müsavat Partiyasının apellyasiyası təmin olunmayıb

Müsavat Partiyasının apellyasiyası təmin olunmayıb
# 02 may 2011 09:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının qərargahında axtarış aparılması barədə qərardan verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Vəkil Yalçın İmanov APA-ya bildirib ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən qapalı prosesdə apellyasiya şikayəti təmin olunmayıb və Səbail rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2 aprel mitinqi üzrə cinayət işinin istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev Səbail Rayon Məhkəməsinə Müsavat Partiyasının qərargahında axtarış və götürmə işlərinin həyata keçirilməsi üçün vəsatətlə müraciət edib. Məhkəmə vəsatəti təmin edib. Vəsatət təmin olunduqdan sonra partiyanın qərargahında axtarış aparılıb. İctimai Palataya və partiyaya məxsus sənədlər protokollaşdırıldıqdan sonra istintaq qrupu tərəfindən götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR