Bank Of Baku

Əli Əliyev: “Gedilmiş yollardan imtina edilməlidir”

Əli Əliyev: “Gedilmiş yollardan imtina edilməlidir”
# 02 may 2011 10:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Beynəlxalq təşkilatların Azərbaycandakı proseslərə münasibətini dəyişmək üçün həmin qurumlara qarşı etiraz aksiyalarına əl atılmalıdır. Ən azı bir neçə aylıq onlarla görüşlərə, təmaslara moratorium qoyulmalıdır. Həmin qurumların görüntü xarakterli bəyanatları ölkədəki siyasi vəziyyəti dəyişməyə kömək etməyəcək”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

İctimai Palatada (İP) kütləvi aksiyaların keçirilməsi ilə bağlı yaranan fikir ayrılığını və son prosesləri şərh edən Ə. Əliyev bildirib ki, İP-nin təsis olunması əvvəlcədən gedilmiş yol təəssüratı yaradıb: “Hər seçkidən sonra buna bənzər addımlar atılır və nəticəsi də əvvəlcədən bilinir. Bu qurumun daxilində fikir ayrılığının yaranması qaçılmaz idi. Fikrimcə, hamı yaxşı bilir ki, hakimiyyətin hansısa qolu ilə danışıqların aparılmasının nəticəsi olmayacaq. İqtidar Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunmasında maraqlı deyil. Kütləvi aksiyaların keçirilməməsində maraqlı olanların hakimiyyətin müvafiq strukturu ilə danışıqları gözləmək təklifini verməsi prosesin söndürülməsinə xidmət edir və düşdükləri vəziyyətdən abırlı çıxış yolu axtarmaq məqsədi daşıyır. Kütləvi aksiyaların keçirilməsində israr etmək də məğlubiyyətə aparan yoldur. Bu, prosesin açıq meydanda söndürülməsinə gətirib çıxaracaq. Gedilmiş yollardan imtina edilməlidir. Zaman göstərir ki, biz haqlı idik”.

Ə. Əliyevin sözlərinə görə, Azərbaycanda siyasiləşməmiş təbəqə həddən artıq çoxdur. Heç kim partiya fəallarının gücü ilə Azərbaycanda mövcud qadağaları aradan qaldıra bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR