Bank Of Baku

İctimai Palatanın mitinqlərlə bağlı qərarının müəllifi məlum olub

İctimai Palatanın mitinqlərlə bağlı qərarının müəllifi məlum olub
# 02 may 2011 11:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. İctimai Palatanın (İP) aprelin 29-da keçirilmiş sonuncu sessiyasında mitinqlərlə bağlı qəbul olunmuş müvafiq qərar layihəsini İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn hazırlayıb. Bu barədə APA-ya açıqlamasında o özü məlumat verib. Lakin o, qərarın aksiyaların keçirilməməsi ilə bağlı olması barədə deyilənlərlə razılaşmayıb: “Qərarda açıq-aşkar yazılıb ki, aksiyaların davam etdirilməsi zəruridir. Sadəcə vaxt göstərilməyib. Bir həftəyə, 10 günə vaxt da bilinəcək. Vaxt mayın 15-i də, mayın 21-i də, 28-i də ola bilər. Hər halda, vaxtın dəqiqləşdirilməsi sonsuzluğadək davam etməyəcək”.

Xatırladaq ki, İP-nin aprelin 29-da keçirilmiş sessiyası mitinq vaxtı təyin olunması barədə qərar olmadan başa çatıb. İclasda İP Koordinasiya Şurasının təklif etdiyi qərar qəbul edilib. Qərarda bildirilir ki, İctimai Palatanın sessiyası sərbəst toplaşma azadlığı məsələsini ölkədə köklü islahatlar və demokratikləşmə prosesinin həlledici istiqamətlərindən və vasitələrindən biri sayaraq, Azərbaycanda sərbəst toplaşma azadlığının hakimiyyət tərəfindən ciddi şəkildə məhdudlandırıldığını, faktiki olaraq qadağan edildiyini göstərərək və bunun cəmiyyətdə gərginlik və qarşıdurmanın əsas səbəblərindən, sərbəst toplaşma azadlığına əməl edilməsinə nail olmağı İctimai Palatanın başlıca məqsədlərindən biri olduğunu bəyan edərək dinc kütləvi aksiyaların davam etdirilməsini zəruri hesab edir.

Eyni zamanda hazırda Bakı şəhərində mitinq və nümayişlərin keçirilməsi ilə bağlı müzakirələrin aparılması üçün rəsmi hakimiyyət orqanlarına müraciət olunduğunu, habelə beynəlxalq təşkilatların nümayəndələri ilə bu məsələylə əlaqədar məsləhətləşmələrin keçirildiyini nəzərə alaraq, növbəti mitinqin vaxtının və yerinin göstərilən müzakirə və məsləhətləşmələrin nəticələrinin aydın olmasından sonra müəyyənləşdirilməsini məqsədəuyğun sayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR