Bank Of Baku

DUİ növbəti Qarabağ forumu keçirəcək

DUİ növbəti Qarabağ forumu keçirəcək
# 02 may 2011 12:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda ərəb ölkələrində baş vermiş hadisələrin Azərbaycana təsiri istiqamətində müzakirələr aparılması üçün siyasi qüvvələrin iştirakı ilə mayın 11-də dəyirmi masa, mayın 30-da isə 25-ci Qarabağ Forumunun keçirilməsi barədə qərar qəbul edilib. Yığıncaqda bəzi müxalifət partiyalarının liderlərinin hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunması da pislənilib.

Qeyd edək ki, DUİ 2007-ci ildə təsis olunub. Quruma Azadlıq, Milli Qurtuluş və Azad Azərbaycan partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR